Pressa.az » Dünya » Məşhur amerikalı reper Parisdə saxlanıldı

Məşhur amerikalı reper Parisdə saxlanıldı

10 avqust 2024, Şənbə, 10:47
Məşhur amerikalı reper Parisdə saxlanıldı

Dünya şöhrətli amerikalı reper Trevis Skott Fransanın paytaxtı Parisdə dəbdəbəli oteldə saxlanılıb.

Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhər prokurorluğu hadisə ilə bağlı açıqlama yayıb.

Açıqlamada, mühafizəçinin Travis Skottla cangüdəni arasında yaranan davanı sakitləşdirməyə çalışdığı, 33 yaşlı reperin nəzarətə götürüldüyü və hadisə ilə bağlı istintaq başladıldığı bildirilib.

Fransa mətbuatı Skotun sərxoş olduğunu yazıb.

Lakin məşhur reperin meneceri mövzu ilə bağlı hələlik açıqlama verməyib.