BMT-nin baş katibi Qəzza zolağında məktəbə olan hücumu pisləyib
BMT-nin baş katibi Antonio Quterreş İsrailin Qəzza zolağında onlarla insanın ölümü ilə nəticələnən əl-Tabiyin məktəbinə endirdiyi zərbəni pisləyib.
Liderxeber.az xəbər verir ki, bunu jurnalistlər üçün brifinqdə Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.
“Baş katib, qadın və uşaqlar da daxil olmaqla Qəzzada davam edən insan tələfatını pisləyir. Biz İsrailin yüzlərlə fələstinli ailənin sığınacağı olan Qəzzadakı əl-Tabiyin məktəbinə növbəti dağıdıcı zərbəsini gördük”, – deyə BMT rəsmisi bildirib.
Quterreş, həmçinin mülki şəxslərin təhlükəsizliyinin və anklava maneəsiz humanitar girişin təmin edilməsinin vacibliyini vurğulayıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
30 may 2024, Cümə axşamı
Aİ-dən 150-dən çox ailəyə hörmətsizlik - əfv sərəncamına kölgə salmaq cəhdi - ŞƏRH
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO