Ərdoğandan yeni təyinatlar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni təyinatlar həyata keçirib.
Liderxeber.az xəbər verir ki, prezidentin qərarları “Resmi Gazete”də yayımlanıb.
Sənədə əsasən, Bursa valisi Mahmut Demirtaş Təhlükəsizlik Ümumi Müdirliyinə rəhbər təyin edilib.
Təhlükəsizlik Ümumi Müdirliyinin rəhbəri Erol Ayyıldız isə Bursa valisi vəzifəsinə gətirilib.
Jandarma Baş Komandanlığının rəhbəri Arif Çetin yaş həddinə görə təqaüdə göndərilib. Onu general Ali Çardakçı əvəzləyib.
Fotoda Erol Ayyıldız

Fotoda Arif Çetin

Fotoda Ali Çardakçı

Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
