Pressa.az » Dünya » Amfibiya təyyarəsi Türkiyəyə çatdı

Amfibiya təyyarəsi Türkiyəyə çatdı

18 avqust 2024, Bazar günü, 09:20
Amfibiya təyyarəsi Türkiyəyə çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyəyə çatıb.

Liderxeber.az FHN-ə istinadən xəbər verir ki, İzmir şəhəri Adnan Menderes Hava Limanında eniş edən təyyarə ən qısa müddətdə yanğınlarla mübarizə əməliyyatına başlayacaq.