Pressa.az » Dünya » Rusiyaya səfəri tənqid olunmuşdu, Ukraynaya da gedəcək

Rusiyaya səfəri tənqid olunmuşdu, Ukraynaya da gedəcək

19 avqust 2024, Bazar ertəsi, 11:40
Rusiyaya səfəri tənqid olunmuşdu, Ukraynaya da gedəcək

Hindistanın Baş naziri Narendra Modi Polşa və Ukraynaya səfər edəcək.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı Hindistanın Xarici İşlər Nazirliyi yayıb. 

Qurum səfərin konkret tarixini açıqlamasa da, “The Hindu” qəzeti bunun avqustun 23-də baş tutacağını yazıb. 

Xatırladaq ki, N.Modi iyulda Moskvaya ikigünlük səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Ukrayna Prezidenti Volodimir Zelenski sözügedən səfərə narazılığını, ABŞ isə narahatlığını bildirmişdi. Zelenskinin tənqidlərindən sonra isə Ukraynanın Hindistandakı səfiri Aleksandr Polişuk bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılmışdı

Onu da qeyd edək ki, Modinin Moskvaya səfəri Rusiya ordusunun iyulun 8-də Kiyevə raket zərbələri endirməsi ərəfəsində baş tutmuşdu.