Ermənistan ABŞ-dən nüvə texnologiyaları əldə edə biler
ABŞ Ermənistanın nüvə sahəsində əməkdaşlığa dair “123 Agreement” razılaşmasına qoşulmaqla bağlı müraciətini nəzərdən keçirir.
Liderxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət departamentinin nümayəndəsi yayıb.
Bildirilir ki, sözügedən razılaşmaya qoşulmaq Ermənistana ABŞ-nin mülki nüvə enerjisi texnologiyalarını əldə etmək imkanı verəcək.
Departament danışıqların detallarını açıqlamasa da, Ermənistanın müraciətinə diqqət ayrıldığı qeyd olunub.
ABŞ-nin federal qanununa əsasən, digər ölkələrə nüvə texnologiyalarının verilməsi üçün ABŞ-nin Atom Enerjisi Agentliyi barədə qanunun 123-cü bölməsini imzalamaq tələb olunur. ABŞ 2022-ci ilə qədər 48 ölkə və ərazi ilə bu cür razılaşma imzalayıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
26 dekabr 2023, Çərşənbə axşamı
Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib