Pressa.az » Dünya » Çikaqoda minlərlə etirazçı İsrailə hərbi yardımın dayandırılmasını tələb edib

Çikaqoda minlərlə etirazçı İsrailə hərbi yardımın dayandırılmasını tələb edib

23 avqust 2024, Cümə, 07:44
Çikaqoda minlərlə etirazçı İsrailə hərbi yardımın dayandırılmasını tələb edib

Fələstin tərəfdarı olan minlərlə etirazçı ABŞ Demokratlar Partiyasının Milli Qurultayının keçirildiyi Çikaqoda Birləşmiş Mərkəzin qapalı idman arenasına doğru yürüş edib.

Liderxeber.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.

Fəallar ABŞ-ın hakim Demokrat Partiyasından İsrailə hərbi yardımı dayandırmağı, Qəzza zolağında atəşkəsi təmin etmək üçün qəti tədbirlər görməyi və hərbi xərcləri azaltmağı tələb edirlər.

Nümayişçilər bir neçə saat Birləşmiş Mərkəzdən iki məhəllə uzaqlıqdakı parkda toplaşıblar. Aksiyanın hazırlanmasında iştirak edən ABŞ-ın Fələstin İcma Şəbəkəsinin sədri Hatəm Abudaya yürüşdə 5 min nəfərin iştirak etdiyini bildirib.