Pressa.az » Dünya » “Amerikalılar biz iranlıları təqib edirlər” - Rəisinin xanımı

“Amerikalılar biz iranlıları təqib edirlər” - Rəisinin xanımı

23 avqust 2024, Cümə, 08:00
“Amerikalılar biz iranlıları təqib edirlər” - Rəisinin xanımı

İranın mərhum Prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələmolhoda Rusiyanın RT televiziya kanalına müsahibə verib.

Liderxeber.az xəbər verir ki, onun sözlərinə görə, bu, ərinin ölümündən sonra müsahibə verməyə razılaşdığı ilk media orqanıdır.

Cəmilə Ələmolhoda deyib ki, Qərb mediası İran haqqında dəhşətli və qorxunc imic yaradıb.

“Amerikalılar hər kəsi öz qaydalarına uyğun standartlaşdırmaq və onları bu çərçivələrə yerləşdirmək istəyirlər. Bunu qəbul etməyən hər kəsi, o cümlədən biz iranlıları təqib edirlər”, - deyə o bildirib.

Xatırladaq ki, Rəisinin helikopteri mayın 19-da qəzaya uğrayıb. “Fars” agentliyi İranın xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb ki, helikopter qəzası ilə bağlı təhqiqat başa çatıb və hadisəyə səbəb hava şəraiti və təyyarənin apardığı yükü daşıya bilməməsi olub. Lakin, İran Silahlı Qüvvələrinin Baş Qərargahı agentliyin məlumatını təkzib edib.