Putin həbsxanadakı qiyamla bağlı iclas keçirir
Rusiyanın Federal Penitensiar Xidmətinin rəhbərliyi ölkə Prezidenti Vladimir Putinə Volqoqrad vilayətində həbsxanada məhkumların qiyamı ilə bağlı məlumat verib.
Liderxeber.az “RBK” portalına istinadən xəbər verir ki, Putin sözügedən ciddi rejimli cəzaçəkmə müəssisəsindəki hazırkı vəziyyət barədə məlumatlandırılıb.
Hazırda Rusiya lideri Təhlükəsizlik Şurasının iclasını keçirir.
O, yaranmış vəziyyətlə əlaqədar Daxili İşlər Nazirliyi, Rusiya Milli Qvardiyasının rəhbərlərinin məruzələrini dinləyəcək.
Xatırladaq ki, Volqoqradda bir neçə məhbus cəzaçəkmə müəssisənin əməkdaşlarını girov götürüb. Ən son məlumata görə, insident zamanı bir həbsxana əməkdaşı qətlə yetirilib, xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
21 may 2024, Çərşənbə axşamı
Penitensiar Xidmət və Dövlət Komitəsi arasında birgə tədbirlər planı imzalanıb