Pressa.az » Dünya » ABŞ İsrailin müdafiəsini dəstəkləməyə hazır olduğunu açıqladı

ABŞ İsrailin müdafiəsini dəstəkləməyə hazır olduğunu açıqladı

25 avqust 2024, Bazar günü, 09:30
ABŞ İsrailin müdafiəsini dəstəkləməyə hazır olduğunu açıqladı

ABŞ İsrailin müdafiəsini dəstəkləməyə hazır olduğunu açıqlayıb.

Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin çıxış edib.

Həmçinin bildirilir ki, Pentaqon rəhbəri israilli həmkarı ilə danışıb və Vaşinqtonun İsrailin müdafiəsinə sadiqliyini təsdiqləyib:

“Katib Ostin ABŞ-ın İsraili İran və onun regional tərəfdaşları və etibarlı şəxslərinin istənilən hücumundan müdafiə etmək öhdəliyini bir daha təsdiqlədi”.

Qeyd edək ki, avqustun 25-i səhər saatlarında “Hizbullah” hərəkatının üzvləri İsraildəki hərbi obyektlərə 320-dən çox raket atıblar. Daha sonra İsrailin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.