Pressa.az » Dünya » Rusiya ordusu Kurskda 2 kəndi geri qaytardı

Rusiya ordusu Kurskda 2 kəndi geri qaytardı

27 avqust 2024, Çərşənbə axşamı, 09:03
Rusiya ordusu Kurskda 2 kəndi geri qaytardı

Rusiya Silahlı Qüvvələri Kursk vilayətində iki yaşayış məntəqəsini azad edib.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Silahlı Qüvvələrin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Aptı Alaudinov deyib.

Məlumata görə, Nijnaya Parovaya və Neçayev kəndləri azad olunub.

Alaudinov əlavə edib ki, təmas xətlərində vəziyyət heç bir ciddi dəyişikliyə məruz qalmayıb. Onun sözlərinə görə, Ukrayna tərəfi bütün günü hücuma keçib və buna görə də çox ağır itkilər verib.