Almaniya qaçqınlara sığınacaq şərtlərini sərtləşdirir
Almaniya ölkənin qərbində baş verən terror aktından sonra qaçqınlar üçün sığınacaq şərtlərini sərtləşdirəcək.
Liderxeber.az xəbər verir ki, bu barədə DİN rəhbəri Nensi Fayzer danışıb.
O, Almaniya hökumətinin sığınacaq verilməmiş şəxslərin deportasiyasını sürətləndirəcəyini bildirib. Hakimiyyət həmçinin üzrlü səbəb olmadan öz ölkələrinə qayıdan qaçqınların müdafiəsindən imtina etməyi planlaşdırır.
Bundan əlavə, sığınacaq axtaranlar sığınacaq üçün ilk müraciətlərini başqa bir Aİ ölkəsinə təqdim etsələr, müavinətlərdən məhrum olacaqlar.
Qeyd edək ki, avqustun 24-də Almaniyanın qərbindəki Solingen şəhərində bıçaqlı şəxs insanlara hücum edib. 3 nəfər ölüb, daha 8 nəfər yaralanıb. İlkin məlumata görə, şübhəli şəxs Suriyadan olan qaçqındır.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM