ÜST Qəzzaya 1,2 milyon doza poliomielit peyvəndi çatdırıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzzaya 1,2 milyon doza poliomielit peyvəndi göndərib.
Liderxeber.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
ÜST rəsmisi bildirib ki, 640 mindən çox uşağı poliomielit xəstəliyinə qarşı peyvənd etmək üçün sentyabrın 1-də keçiriləcək kampaniyadan əvvəl Qəzzaya təxminən 1,2 milyon peyvənd dozası çatdırılıb.
Qeyd edək ki, ÜST-nin işğal olunmuş Fələstin əraziləri üzrə nümayəndəsi Rik Peeperkorn, təxminən 400 min əlavə dozanın əraziyə göndəriləcəyini bildirib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
15 noyabr 2023, Çərşənbə
Mehriban Əliyeva “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciət ünvanlayıb