Pressa.az » Dünya » Netanyahu onun ailəsindən üzr istədi

Netanyahu onun ailəsindən üzr istədi

02 sentyabr 2024, Bazar ertəsi, 09:18
Netanyahu onun ailəsindən üzr istədi

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında əsirlikdə ölən rusiyalı Aleksandr Lobanovun ailəsinə zəng edib.

Liderxeber.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Bildirilib ki, siyasətçi onu xilas edə bilmədiklərinə görə üzr istəyib:

“Sizə nə qədər təəssüfləndiyimi söyləmək və Saşanı sağ-salamat qaytara bilmədiyim üçün üzrxahlıq istəyirəm”.

Həmçinin Netanyahunun hərbi müşaviri Roman Hoffman Qəzzada saxlanılan girovlarla bağlı razılaşmanı təşviq etmək üçün Moskvaya səfər edib. Hoffmanın Rusiyadan qayıtdığı deyilir. Onun Qəzzada saxlanılan girovların azad edilməsi və atəşkəsin yaradılması ilə bağlı razılaşmanın əldə edilməsi üçün Rusiyada danışıqlar apardığı bildirilib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 6-da İsrailə hücum zamanı HƏMAS tərəfindən əsir götürülən Aleksandr Lobanov və digər 5 əsirin cəsədləri avqustun 31-i axşam saatlarında Rəfahda yeraltı tuneldə tapılıb.

Cəsədlərin şəxsiyyətlərinin müəyyən edilməsi prosedurundan sonra İsrail Müdafiə Qüvvələri (İDF) onların ailələrinə məlumat verib.

Fotoda Aleksandr Lobanov