Moskvanın mərkəzində atışma: Ölən və yaralananlar var
"Wildberries"in baş ofisində atışmadan sonra bir nəfər həlak olub.
Liderxeber.az-ın məlumatına görə, bu barədə TASS xəbər yayıb.
Bildirilir ki, hadisə ilə əlaqədar 28 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları üç maddə üzrə - "Qətl", "Hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd" və "Silahın qanunsuz əldə edilməsi, ötürülməsi, satışı, saxlanması, daşınması, göndərilməsi və ya gəzdirilməsi" üzrə cinayət işi açıb.
"Veçernaya Moskva" atışma zamanı xəsarət alanların sayının yeddi nəfərə çatması ilə bağlı xəbər yayıb. Məlumatda deyilir ki, xəsarət alanlardan üçü hüquq-mühafizə orqanlarının əməkdaşıdır və onlardan biri ayağından ciddi yaralanıb.
Bu gün Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkəti "Wildberries"in Moskvadakı "Romanov Dvoru" biznes mərkəzində yerləşən baş ofisində atışma olub. Şirkətin qurucusu Tatyana Bakalçukun əri Vladislav Bakalçuk binaya soxulmağa cəhd edib.
Liderxeber.az-ın verdiyi məlumata görə, bu barədə TASS xəbər verib.
Şahidlərin məlumatına görə, Vladislav Bakalçuka girişə icazə verilmədikdən sonra münaqişə başlayıb və atəş səsləri eşidilib. Atışma nəticəsində üç nəfər odlu silahdan yaralanıb.
Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları gəliblər. Yaralılar xəstəxanaya yerləşdirilib, ofis işçiləri isə təxliyə ediliblər.