KİV: ABŞ Türkiyə banklarını Rusiya ilə əməkdaşlığı kəsməyəcəkləri təqdirdə sanksiya ilə hədələyib
ABŞ rəsmiləri Türkiyənin maliyyə qurumları ilə əlaqə saxlayaraq Rusiya ilə maliyyə əməliyyatlarına davam edəcəkləri təqdirdə onları sanksiyalarla hədələyib.
Liderxeber.az xəbər verir ki, bu məlumatı TASS ilə söhbətində Türkiyə maliyyə konsaltinqi sahəsindəki mənbə təsdiqləyib.
Mənbə bildirib ki, ABŞ hökumətinin nümayəndələrini Türkiyə banklarını sanksiyalar ilə hədələyiblər.
“Aydınlıq” qəzeti isə mart ayında ABŞ-ın Türkiyədəki səfirliyi və baş konsulluğunun ayrı-ayrı əməkdaşlarının şirkətlərə və maliyyə qurumlarına baş çəkərək, onları Rusiya Federasiyası ilə iş görməkdən çəkindirərək, sanksiyalarla hədələdiyini yazıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI