Pressa.az » Dünya » ABŞ tarixində ikinci dəfə Alabamada azotla edam həyata keçirilib

ABŞ tarixində ikinci dəfə Alabamada azotla edam həyata keçirilib

27 sentyabr 2024, Cümə, 08:29
ABŞ tarixində ikinci dəfə Alabamada azotla edam həyata keçirilib

ABŞ tarixində metodun tənqid olunmasına baxmayaraq Alabamada ikinci dəfə azotla edam həyata keçirilib.

Liderxeber.az-ın məlumatına görə, bu barədə hökmün icrasını müşahidə edən "Associated Press" agentliyi xəbər yayıb.

ABŞ vətəndaşı, 59 yaşlı Alan Yugin Miller edam edilib. O, 1999-cu ildə üç nəfərin qətlinə görə ölüm cəzasına məhkum edilib. “Mən burada olmaq üçün heç nə etməmişəm”, - o deyib.

Edam zamanı məhkuma nəfəs maskası vasitəsilə azot verilir ki, bu da hipoksiyaya və nəticədə ölümə səbəb olur. Alabama ştatı artıq 2022-ci ildə Millerə qarşı ölüm hökmünü icra etməyə çalışıb, lakin həkimlər ona öldürücü iynə vura bilməyiblər.

Xatırladaq ki, yanvar ayında Alabama ştatında 1988-ci ildə sifarişli qətl törətməkdə təqsirli bilinən 58 yaşlı Kennet Yugin Smit azot qazı ilə edam olunub. O zaman BMT və Aİ bu edam üsulunu tənqid edib və demokratların nəzarətində olan Ağ Ev edamdan dərin narahatlığını bildirib.