İsrailin hücumları nəticəsində tanınmış suriyalı aparıcı həlak oldu

Suriyanın populyar teleaparıcısı Safaa Əhməd İsrail Müdafiə Ordusu (SAXAL) tərəfindən Dəməşq ərazisinə endirilən zərbə nəticəsində həyatını itirib.
Liderxeber.az-ın verdiyi məlumata görə, bu barədə Suriyanın Radio və Televiziya Baş İdarəsi məlumat verib.
Bildirilib ki, faciə Suriya paytaxtının cənub-qərbində baş verib. İlkin məlumatlara görə, hücumun hədəfi İran səfirliyi olub.
Hava hücumu nəticəsində həlak olanların dəqiq sayı hələ açıqlanmır, lakin zərbənin bir neçə nəfərin həyatına son qoyduğu məlumdur.
Qeyd edək ki, Dəməşqə hücum İsrailin Livandakı hərbi əməliyyatının başlanması ilə eyni vaxta təsadüf edib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

18 sentyabr 2024, Çərşənbə
Livanda peycer partlayışlarından əvvəl İsrailin müdafiə naziri Pentaqona zəng edib

28 sentyabr 2024, Şənbə
İsrail ordusu Beyruta hücum etdi: "Hizbullah"ın baş katibi Həsən Nəsrullahın öldüyü iddia edilir

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO