Benyamin Netanyahu İranın ali rəhbərini hədələdi
İsrailin Baş naziri Benyamin Netanyahu İranın Ali Rəhbəri Seyid Əli Xameneini hədələyib.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bununla bağlı yəhudi dövlətinin hökumət başçısı fars dilində yayımlanan "X" hesabında paylaşım edib.
Belə ki, o, Xameneinin stulun üzərindəki əbasının görüntüsünü dərc edib.
"Özünüz istədiniz!" - deyə o, fotonu şərh edib.
Qeyd edək ki, şəkildə Xameneinin əyləşdiyi stulun arxasındakı divarda raket zərbəsinin izi və habelə İran bayrağının yanında qan izləri görüntüsü əlavə olunub.
Xatırladaq ki, İrandan dünən HƏMAS lideri İsmayıl Haniyə, "Hizbullah" lideri Həsən Nəsrullah və İnqilab Keşikçiləri Korpusunun komandiri Abbas Nilfuruşanın öldürülməsinə cavab olaraq İsrailə onlarla raket atılıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM