"Yaxın Şərqdəki münaqişələr ABŞ regiondan çıxdıqdan sonra bitəcək"
Yaxın Şərqdəki hərbi münaqişələr Amerika Birləşmiş Ştatları və Avropa ölkələri regionu tərk etdikdən sonra başa çatacaq.
Liderxeber.az-ın "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, İranın ali rəhbəri Seyid Əli Xamenei bildirib.
"Əgər onlar (ABŞ və Avropa) regiondan çıxsalar, şübhəsiz ki, münaqişələr, müharibələr və toqquşmalar tamamilə dayanacaq. Regionun bütün ölkələri öz ərazilərində və regionda özləri qayda-qanun yarada bilər, sülh, sağlamlıq və rifah içində birlikdə yaşaya bilərlər", - deyə o bildirib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM