Pressa.az » Dünya » Gürcüstanda LGBT-nin təbliğatı cinayət hesab olunacaq

Gürcüstanda LGBT-nin təbliğatı cinayət hesab olunacaq

03 oktyabr 2024, Cümə axşamı, 14:21
Gürcüstanda LGBT-nin təbliğatı cinayət hesab olunacaq

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili "Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanun layihəsini təsdiqləyib.

Liderxeber.az xəbər verir ki, spiker bu barədə özünün sosial şəbəkə hesabında məlumat yayıb.

Bir gün əvvəl isə Gürcüstan Prezidenti Salome Zurabişvilinin sözügedən qanun layihəsini imzalamaqdan imtina edərək onu parlamentə qaytarmışdı. Maraqlıdır ki, S.Zurabaşvili qanun layihəsinə veto qoymaq hüququndan da istifadə etməyib.

Gürcüstan qanunvericiliyinə görə isə belə hallarda parlament sədrinə qanun layihəsini təsdiqləmək üçün beş gün vaxt verilir.

Məlumat üçün əlavə edək ki, Gürcüstanda "Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanun layihəsi bu ölkədə LGBT-nin təbliğatını və cinsiyyətin dəyişdirilməsini qadağan edir.