Pressa.az » Dünya » Nigeriyanı daşqınlar bürüyüb: Bütöv bir əyalət köçürüldü

Nigeriyanı daşqınlar bürüyüb: Bütöv bir əyalət köçürüldü

07 oktyabr 2024, Bazar ertəsi, 08:20
Nigeriyanı daşqınlar bürüyüb: Bütöv bir əyalət köçürüldü

Nigeriyanın cənubundakı eyniadlı əyalətin inzibati mərkəzi olan Ondo şəhərini bir neçə saatlıq şiddətli leysandan sonra daşqınlar bürüyüb.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, şəhərdə minlərlə yaşayış binası dağılıb və sakinlərin kütləvi təxliyəsi davam edir.

Ştat paytaxtından başqa İtanla, Oka, Odo İjomu, Bet-Lehem də zərər çəkmiş şəhərlər sırasındadır. Ştatın əhəmiyyətli bir hissəsi su altında qalıb.

Ümumilikdə, təxminən dörd milyon insan Qərbi və Mərkəzi Afrikada görünməmiş daşqınlardan təsirlənib. Ən çox zərər çəkən ölkələr Nigeriya, Çad, Mali, Qvineya, Niger, Kamerun, Qana və Liberiyadır. Burada yüzlərlə insan ölüb, kənd təsərrüfatı əkinlərinin geniş sahələri məhv olub.

Mütəxəssislər dağıdıcı daşqınların səbəblərini qlobal iqlim dəyişikliyində görürlər. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, Sahel bölgəsində orta temperatur digər bölgələrlə müqayisədə bir yarım dəfə daha sürətlə yüksəlir.