WJS: Yaxın Şərq ölkələri İsrailin İrana hücumunda iştirak etmək istəmirlər
İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Vaşinqtona xəbərdarlıq edib ki, onlar öz hərbi infrastrukturlarının və hava məkanının ABŞ və ya İsrail hərbçiləri tərəfindən İrana qarşı hücum əməliyyatlarında istifadə edilməsini istəmirlər.
Liderxeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ərəb rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Tehran gizli diplomatik kanallar vasitəsilə İrana hücum üçün istifadə ediləcək əraziləri və ya hava məkanını hədəf alınacağına işarə edib. ABŞ ordusunun ərazilərində yerləşdirildiyi İordaniya, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı da xəbərdarlıq alıb.
Qəzetin həmsöhbətlərinin fikrincə, Fars körfəzi ölkələrinin neft infrastrukturuna, eləcə də regiondakı Amerika hərbi obyektlərinə və əməkdaşlarına hücum riski var.