Pressa.az » Dünya » "Hizbullah" İsraillə müharibənin yeni mərhələsinin başladığını bəyan etdi

"Hizbullah" İsraillə müharibənin yeni mərhələsinin başladığını bəyan etdi

18 oktyabr 2024, Cümə, 15:20
"Hizbullah" İsraillə müharibənin yeni mərhələsinin başladığını bəyan etdi

Livanın "Hizbullah" hərəkatı İsraillə qarşıdurmada eskalasiyada yeni mərhələyə keçdiyini bəyan edib.

Liderxeber.az-ın verdiyi məlumata görə, hərəkatın müvafiq bəyanatı onun "Telegram" kanalında dərc edilib.

"Müqavimət komandanlığının göstərişlərini yerinə yetirərək, İslami Müqavimət əməliyyat qərargahı düşmən İsraillə qarşıdurmada eskalasiyada yeni səviyyəyə keçdiyini bəyan edir, qarşıdakı hərəkətlər bunu əyani şəkildə göstərəcək", - deyə mesajda bildirilir.

Həmin bəyanatda deyilir ki, "Hizbullah" sərhəd boyunca İsrail qüvvələrinə və ərazisinə qarşı raket zərbələrini, həmçinin pilotsuz təyyarə hücumlarını tədricən artıracaq.