İran İsrailin hücumu zamanı cavab hədəflərini müəyyən edib
İran İsrailin hücumu zamanı cavab hədəflərini müəyyən edib.
Liderxeber.az "Press TV" telekanalına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
O qeyd edib ki, ölkəyə qarşı istənilən hücum “qırmızı xətti” keçmək kimi qiymətləndiriləcək:
“İranın nüvə obyektlərinə hər hansı bir hücum lazımi cavabla qarşılanacaq. Tehran İsraildəki bütün hədəfləri müəyyənləşdirib və analoji zərbə onlara da vurulacaq".
Nazir, həmçinin qeyd edib ki, ABŞ dəstəyi olmasa, İsrail Livan və Qəzza zolağında hərbi əməliyyatlar keçirə bilməz.
Xatırladaq ki, oktyabrın 1-də axşam İran HƏMAS hərəkatı, Livanın "Hizbullah" təşkilatı və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Silahlı Qüvvələrin elit hissələri) rəhbərliyindəki şəxslərin öldürülməsinə cavab olaraq İsrail ərazisinə kütləvi raket zərbəsi endirib. Tehran bildirib ki, raketlərin 90% -i nəzərdə tutulan hədəfləri uğurla vurub, lakin İsrail iddia edir ki, İran 180-ə yaxın raket atıb və onların əksəriyyəti ələ keçirilib.
Oktyabrın 15-də İsrailin müdafiə naziri Yoav Qalant xəbərdarlıq edib ki, ölkəsi raket hücumuna cavab olaraq İrana o qədər "ölümcül və gözlənilməz" zərbə vurmaq planlarından əl çəkməyib, iranlıların heç nə anlamağa vaxtları olmayacaq.