Bu ölkədə yaşı 16-dan az olanlar sosial şəbəkələrə girə bilməyəcəklər

Avstraliyanın Baş naziri Entoni Albanese cümə axşamı Avstraliya hökumətinin 16 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan edən qanun təqdim edəcəyini söyləyib.
Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Albanese mətbuat konfransında "Sosial media uşaqlarımıza zərər verir və mən bunu dayandırmağa çağırıram" deyib.
O əlavə edib ki, qanun layihəsi bu il parlamentə təqdim olunacaq və qanunvericilər tərəfindən ratifikasiya edildikdən 12 ay sonra qüvvəyə minəcək.
Məlumata görə, valideyn razılığı olan istifadəçilər üçün heç bir istisna edilməyəcək.
Avstraliyanın rabitə naziri Mişel Rouland bildirib ki, yenilik əsasən "Instagram", "Facebook", həmçinin X və "TikTok" kimi platformalardan istifadəyə şamil olunacaq.
Oxşar Xəbərlər:

07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

10 iyul 2024, Çərşənbə
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı məlumatları almaq asanlaşdırıldı

11 iyun 2024, Çərşənbə axşamı
Təcavüzkarlar saxta bildirişlər göndərmək üçün Facebook funksiyalarından istifadə edirlər