Pressa.az » Dünya » Kamçatkada püskürən vulkanın külləri 20 km yüksəkliyə qalxıb və 500 km məsafəyə yayılıb

Kamçatkada püskürən vulkanın külləri 20 km yüksəkliyə qalxıb və 500 km məsafəyə yayılıb

11 aprel 2023, Çərşənbə axşamı, 09:01
Kamçatkada püskürən vulkanın külləri 20 km yüksəkliyə qalxıb və 500 km məsafəyə yayılıb

Rusiyanın şərqindəki Kamçatka diyarında çərşənbə axşamı gecəsi püskürən Şiveluç vulkanından çıxan kül buludu 500 km şimal-qərbə yayılıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

İnstitutun direktoru Aleksey Ozerov bildirib ki, kül buludu Şiveluçdan 500 kilometr şimal-qərbə doğru uzanır və yayılmaqda davam edir. Hazırda Ust-Kamçatski rayonunun Klyuçi və Kozırevsk kəndlərində kül yağması intensivləşib:

“Aprelin 11-nə keçən gecə Şiveluç püskürməsi paroksismal mərhələyə çatıb. Pis hava şəraiti ilə əlaqədar vulkanın videomüşahidəsi çətindir, siklonun təsiri burada davam edir, qar yağır, çovğundur. İnstitutun bir qrup alimi hadisə yerində işləyir. Onların vəzifəsi püskürmənin parametrlərini aydınlaşdırmaq və Ust-Kamçatski vilayətinin əhalisinin təhlükəsizliyini təmin etməkdir”.

Kamçatkada vulkan püskürməsindən sonra kül emissiyasının hündürlüyü dəniz səviyyəsindən təxminən 20 min metr yüksəkliyə qalxıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə idarəsinin mətbuat xidməti bildirib ki, kül buludu ilə örtülmüş Ust-Kamçatski vilayətinin kəndlərində bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.