Əsəd haradadır?

Suriya hökuməti Prezident Bəşər Əsədin harada olduğunu bilmir.
Liderxeber.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Məhəmməd Qazi Əl-Cəlali “Al Arabiya”ya açıqlama verib.
Suriya döyüşçülərinin rəhbərləri ilə danışıqlar apardığını açıqlayan Baş nazir, sonuncu dəfə Bəşər Əsədlə dekabrın 7-də axşam əlaqə saxladığını bildirib.
Əl-Cəlalinin sözlərinə görə, Suriya nazirlərinin əksəriyyəti Dəməşqdə qalır. Baş nazir həmçinin qeyd edib ki, hökumət qüvvələrinə tabe olan müdafiə nazirliyinin fəaliyyət göstərib-göstərmədiyini də bilmir.
Qeyd edək ki, bundan öncə “Reuters” Bəşər Əsədin ölkəni tərk etdiyini yazıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

03 dekabr 2024, Çərşənbə axşamı
Türkiyə bayraqları ilə gözdağı, Hələbdən başlanan qanlı yol - Suriyanın gələcəyi necə olacaq?

29 noyabr 2024, Cümə
Suriya yenidən gündəlikdə - “Hizbullah” və HƏMAS-dan sonra növbə Bəşşara çatır - TƏHLİL

07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM