Pressa.az » Dünya » Məhəmməd əl-Bəşir Suriyanın müvəqqəti baş naziri təyin edilib

Məhəmməd əl-Bəşir Suriyanın müvəqqəti baş naziri təyin edilib

10 dekabr 2024, Çərşənbə axşamı, 17:39
Məhəmməd əl-Bəşir Suriyanın müvəqqəti baş naziri təyin edilib

Məhəmməd əl-Bəşir Suriyanın müvəqqəti hökumətinə rəhbərlik edəcəyini açıqlayıb. Onun vəzifəsi ölkənin daimi rəhbərliyinin formalaşmasına şərait yaratmaq olacaq.

Liderxeber.az xəbər verir ki, Bəşirin hökumətə rəhbərlik edəcəyi keçid dövrü 2025-ci il martın 1-nə kimi müəyyən edilib.

Nazirlər Kabinetinə kimin qoşulacağı Suriya silahlı müxalifətinin müxtəlif qrupları arasında məsləhətləşmələr nəticəsində müəyyən ediləcək.

Məhəmməd əl-Bəşir bundan əvvəl İdlibdə özünü "Suriya Qurtuluş Hökuməti" elan edən hökumətin baş naziri vəzifəsində çalışıb. O, hələ 2017-ci ildə yaradılıb və tamamilə Heyət Təhrir əl-Şam qruplaşmasının nəzarətindədir.