Türk paxlavasının qiyməti Suriyada sabitliyə bağlıdır?

Türkiyənin Paxlava və Şirniyyat İstehsalçıları Dərnəyinin rəhbəri Mehmet Yıldırım bildirib ki, Suriyada iqtisadi vəziyyətin yaxşılaşması Türkiyədə qənnadı məhsullarının qiymətini azalda bilər.
Liderxeber.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Mehmet Yıldırım bildirib ki, Türkiyə ilə Suriya arasında qurulacaq iqtisadi əməkdaşlıqda püstə əhəmiyyətli rola malikdir.
Mehmet Yıldırım bildirib ki, püstənin dünya bazarında bahalaşması türkiyəli qənnadıçıları çətin vəziyyətə salıb.
"Suriyadan idxal edilən püstə bazarda qiymətlərə tarazlıq gətirə, bu isə öz növbəsində, misal üçün, paxlavanın qiymətinin enməsi ilə nəticələnə bilər", - deyə Mehmet Yıldırım qeyd edib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

17 may 2024, Cümə
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

24 dekabr 2024, Çərşənbə axşamı
Suriyada Türkiyəyə beynəlxalq etimad – 24 ildən sonra Dəməşqə daha bir fürsət

03 dekabr 2024, Çərşənbə axşamı
Türkiyə bayraqları ilə gözdağı, Hələbdən başlanan qanlı yol - Suriyanın gələcəyi necə olacaq?