Pressa.az » Dünya » Türkiyəli deputat qəzaya düşüb

Türkiyəli deputat qəzaya düşüb

14 aprel 2023, Cümə, 10:11
Türkiyəli deputat qəzaya düşüb

Türkiyənin Xalqların Demokratik Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup rəhbəri deputat Meral Danış Beştaş Ərzurumda avtomobil qəzası edib.

LiderXəbər Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bakı vaxtı ilə 22:00 radələrində avtomobilin buzlu yoldan sürüşərək kənara çıxması nəticəsində baş verib.

Qəzada Meral Danış Beştaş, avtomobilin sürücüsü Mehmet Vəfa və adı açıqlanmayan partiya lideri yaralanıb.

Deputatın həyati təhlükəsi olmadığı bildirilir.