Qəzzada BMT-nin 263 əməkdaşı öldürülüb

2023-cü ilin oktyabrından Qəzza zolağında humanitar təşkilatların 369 işçisi həlak olub.
Liderxeber.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin Fələstin əraziləri ilə bağlı hesabatında deyilir.
Ölənlər arasında Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin 263 əməkdaşı da var.
BMT agentliyi həmçinin Qəzza zolağında xəstəxanalardakı elektrik generatorları üçün tükənmiş yanacaq ehtiyatı problemini də diqqətə çatdırıb ki, bu da xəstələrin, o cümlədən yeni doğulmuş körpələrin həyatını ciddi risk altına qoyur.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

15 noyabr 2023, Çərşənbə
Mehriban Əliyeva “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciət ünvanlayıb

09 oktyabr 2024, Çərşənbə
Səfir: Fələstin Dövlətinin qanunsuz işğalına son qoymadan uzunmüddətli sülhə nail olmaq mümkün deyil

18 oktyabr 2023, Çərşənbə
Azərbaycan İsrail-Fələstin münaqişəsi zonasında artan eskalasiyadan dərindən narahatdır