Pressa.az » Dünya » Dünyanın ən pis yeməkləri seçildi

Dünyanın ən pis yeməkləri seçildi

13 yanvar 2025, Bazar ertəsi, 14:14
Dünyanın ən pis yeməkləri seçildi

Dünyanın ən pis 100 yeməyi müəyyən edilib.

Liderxeber.az haber global-a istinadən xəbər verir ki, bu siyahıya Türkiyədən də bir yemək daxil edilib və 67-ci yerdə qərarlaşıb.

Məşhur səyahət bələdçisi TasteAtlas ləzzət tənqidçilərinin rəylərini və yeməklər haqqında aparılan araşdırmaları bir araya gətirərək dünyanın ən pis yeməklərinin siyahısını təqdim edib. Siyahıda bir çox ölkənin qeyri-adi yeməkləri yer alıb.

Türkiyədən isə Kapuska yeməyi 67-ci sırada yer alıb.

Siyahının ilk 10 yeməyi isə bunlardır:

  1. Blodpalt (Finlandiya): Çovdar unu və heyvan qanından hazırlanan kotletlər.
  2. Bocadillo de Sardinas (İspaniya): Sardina ilə hazırlanan sendviç.
  3. Calskrove (İsveç): Calzone pizzası içində hamburger və kartof qızartması.
  4. Angulas A La Cazuela (İspaniya): Balaca ilan balıqları ilə hazırlanan ənənəvi yemək.
  5. Jellied Eels (İngiltərə): Jöle ilə hazırlanan ilan balıqları.
  6. Ramen Burger (Amerika): Ramen əriştəsindən hazırlanmış çörəklər arasına qoyulmuş burger.
  7. Chapalele (Çili): Kartof və undan hazırlanan ənənəvi çörək.
  8. Faves A La Catalana (İspaniya): Paxla və qan sosisi ilə hazırlanan yemək.
  9. Thorramatur (İslandiya): Fermentləşdirilmiş köpək balığı əti və digər ənənəvi məhsullar.
  10. Kaeng Tai Pla (Tayland): Fermentləşdirilmiş balıq bağırsaqları ilə hazırlanan ədviyyatlı köri yeməyi.