Ermənistanın müdafiə naziri: Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm

Ermənistanın müdafiə naziri Suren Papikyan Cənubi Qafqaz regionunda yeni eskalasiya üçün heç bir əsas görmür.
Liderxeber.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bu barədə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Ermənistan balanslaşdırılmış siyasət yolu ilə öz sərhədlərinin təhlükəsizliyini və toxunulmazlığını təmin etməlidir", - nazir bildirib.
Onun sözlərinə görə, Ermənistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq bu yaxınlarda iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq sənədinə tam uyğundur: "Əməkdaşlığımız yeni sənəd çərçivəsində davam edəcək.
Biz bir sıra istiqamətlərdə irəliləyiş əldə etmişik. Bu əməkdaşlıqdan məmnunuq. Müsbət dinamika var".
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

03 iyul 2024, Çərşənbə
Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

04 iyun 2024, Çərşənbə axşamı
Prezident İlham Əliyev 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib