Pressa.az » Dünya » Trampın andiçmə mərasimində Brüsseli Aİ-nin ABŞ-dəki səfiri təmsil edəcək

Trampın andiçmə mərasimində Brüsseli Aİ-nin ABŞ-dəki səfiri təmsil edəcək

20 yanvar 2025, Bazar ertəsi, 17:36
Trampın andiçmə mərasimində Brüsseli Aİ-nin ABŞ-dəki səfiri təmsil edəcək

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimində Brüsseli İtaliyanın Baş naziri Corciya Meloni deyil, Avropa İttifaqının ABŞ-dəki səfiri təmsil edəcək.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyu bildirib.

“Aİ-nin ABŞ-dəki səfiri andiçmə mərasimində iştirak edəcək”, - deyə o, jurnalistlərin Meloninin andiçmə mərasimində Aİ-ni təmsil edə biləcəyi ilə bağlı sualını cavablandırarkən deyib.

Trampın andiçmə mərasimi yanvarın 20-də yerli vaxtla günorta saatlarında baş tutacaq. Vaşinqtonda temperaturun mənfi 11 dərəcəyə düşəcəyi proqnozlaşdırıldığından Tramp və yeni vitse-prezident Ceyms Devid Vens andiçmə mərasimini əvvəllər planlaşdırıldığı kimi ABŞ Konqresinin binası qarşısında deyil, son 40 ildə ilk dəfə onun mərkəzi zalında keçirəcək ki, ora 1 000 nəfəri belə yerləşdirmək çətindir. Tədbir öncəsi Vaşinqtonda təhlükəsizlik tədbirləri gücləndirilib. Ağ Evə və Konqresə bitişik olan şəhər mərkəzinin çox hissəsi avtomobillərin hərəkəti üçün bağlıdır. Kapitoli təpəsi mühasirəyə alınıb, bir neçə gündür ora giriş geniş ictimaiyyət üçün yasaqdır.