Əlcəzair Fransadan nüvə sınaqlarının fəsadlarını aradan qaldırmağı tələb edir

Rəsmi Paris müstəmləkəçilik dövründə Əlcəzair səhrasında həyata keçirilən nüvə partlayışlarının təmizlənməsi üçün bütün məsuliyyəti üzərinə götürməlidir.
Liderxeber.az-ın Əlcəzair radiosuna istinadən verdiyi məlumata görə, bunu həmin ökənin Millət Şurasının (parlamentin yuxarı palatası) sədri Saleh Qujil deyib.
"Ölkəmizin mövqeyi Fransanın müstəmləkəçilik dövründə Əlcəzair səhrasında fransız müstəmləkəçilərinin həyata keçirdikləri nüvə partlayışlarının nəticələrinin aradan qaldırılması üçün tam məsuliyyət daşımasını tələb edir", - o deyib.
"Əlcəzair xalqı, xüsusən partlayışların baş verdiyi regionların sakinləri bu günə qədər onların dağıdıcı nəticələrindən əziyyət çəkməkdə davam edirlər", - Qujil vurğulayıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

27 may 2024, Bazar ertəsi
The Times: Yeni Kaledoniyadakı iğtişaşların kökü Fransanın qəddar müstəmləkəçilik tarixinə çıxır

01 noyabr 2023, Çərşənbə
Prezident İlham Əliyev İnqilab Günü münasibətilə Əlcəzair dövlət başçısını təbrik edib