Ararat Mirzоyan: Rusiya Ermənistan üçün müttəfiqdir
Ermənistan və Rusiya müttəfiqdirlər, ölkələr arasında ciddi ikitərəfli müqavilələr mövcuddur.
Liderxeber.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyə gəlincə, Rusiya ilə aramızda çox ciddi, güclü ikitərəfli müqavilələr var. Biz müttəfiqik", - A.Mirzоyan qeyd edib.
O, Rusiya ilə İran arasında strateji tərəfdaşlıq haqqında müqavilə və onun Ermənistan-İran sərhədinin təhlükəsizliyinə təsiri barədə də danışıb:
"Ermənistan və İran arasındakı sərhəd həmişə çox sakit olub. Orada heç vaxt heç bir problem olmayıb. O, sakit olub və sakit qalacaq".
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər