Türkiyədə bina uçub, dağıntılar altında qalanlar var

Türkiyənin Konya vilayətində üçmərtəbəli bina uçub.
Liderxeber.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, hadisə Səlçuqlu rayonunda qeydə alınıb. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Öz növbəsində, DHA agentliyi iki nəfərin xilas edildiyini, lakin daha bir neçə nəfərin dağıntılar altında ola biləcəyini bildirib.
Konya valisi İbrahim Akın isə vurğulayıb ki, binada 5 nəfərin olması barədə məlumatlar mövcuddur: “Digər mənzillərdə sakinlərin olub-olmaması ilə bağlı araşdırma aparılır”.
Hazırda axtarış tədbirləri davam etdirilir.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

16 oktyabr 2024, Çərşənbə
Türkiyədəki güclü zəlzələ nəticəsində 100-ə yaxın şəxs xəsarət alıb - YENİLƏNİB-4