ABŞ konqresmenlərinə “DeepSeek” - Qadağası
ABŞ Konqresinin əməkdaşlarına Çinin son vaxtlar populyarlıq qazanan “DeepSeek” çat-botundan istifadə etmək qadağan edilib.
Liderxeber.az bu barədə “Axios” portalına istinadən xəbər verir.
Məlumata görə, ABŞ Konqresi “DeepSeek” ilə bağlı risk xəbərdarlığı alıb. Bu qərar da təhlükəsizlik tədbirləri səbəbilə qəbul edilib. Konqres üzvlərinə “DeepSeek”i istənilən iş telefonu, kompüter və ya planşetdə quraşdırmaq qadağandır.
Xatırladaq ki, ABŞ Konqresi 2023-cü ildə “ChatGPT”dən istifadəyə məhdudiyyətlər tətbiq edib. Çat-botun ödənişli versiyasından yalnız müəyyən tapşırıqlar üçün istifadəyə icazə verilir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI