"Buzlaqlar sürətlə əriyir" - Britaniyalı alim
Dünya okeanının səviyyəsi dinamik dəyişikliklər səbəbindən 2300-cü ilə kimi on metrə qədər yüksələ bilər.
Liderxeber.az xəbər verir ki, bu barədə Darem Universitetinin dosenti Tom Çadli məlumat yayıb.
O qeyd edib ki, 2016-cı ildən 2021-ci ilə qədər iqlim dəyişikliyi səbəbindən Qrenlandiyanın buz təbəqəsi gözlənildiyindən daha tez çat verməyə başlayıb, əvvəl olan çatların həcmi isə artıb:
"Səbəblər arasında isti hava nəticəsində buzlaqların sürətlə əriməsi və okean temperaturunun yüksəlməsi göstərilir".
"Buna görə də alimlər dəniz səviyyəsinin qalxmasını proqnozlaşdırmalıdırlar ki, buna uyğunlaşmaq mümkün olsun" - deyə britaniyalı alim vurğulayıb.