Zaxarova Bakıdakı “Rus Evi”ndən danışdı

“Moskva Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (“Rus Evi”) Azərbaycan paytaxtında qeydiyyata alınması ilə bağlı Bakının tələblərini yerinə yetirməyə hazırdır”.
Liderxeber.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
Diplomat təsdiqləyib ki, Rusiya hakimiyyəti qurumun fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycandan nota alıb.
“Buna cavab olaraq Rusiya tərəfi “Rus Evi”nin qeydiyyatının başa çatdırılması və bunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq etmək üçün lazımi tədbirlər görməyə hazır olduğunu bildirib”, - o qeyd edib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

03 iyul 2024, Çərşənbə
Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO