Səudiyyə Ərəbistanı uşaqların Həcc ziyarətinə gətirilməsini qadağan etdi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2025-ci ilin Həcc ziyarətinə zəvvarların özləri ilə uşaq gətirməsinə icazə verilməyəcəyini açıqlayıb.
Liderxeber.az xəbər verir ki, bu barədə "Gulf News" nəşri məlumat yayıb.
Qeyd olunur ki, qərar hər il Həcc ziyarəti zamanı sıxlıq yarandığından uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.
Bundan əlavə, nazirlik Həcc mövsümündə zəvvarların təhlükəsizliyini artırmaq üçün bir sıra yeni tədbirlər tətbiq edib.
Buraya təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirmə kampaniyaları, zəvvarların müqəddəs yerlərdə hərəkətini tənzimləmək üçün intellektual sistemlərin tətbiqi, Həcc ayinlərinin icrasını asanlaşdırmaq üçün düşərgələrin modernləşdirilməsi və yolların təkmilləşdirilməsi daxildir.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

17 iyul 2024, Çərşənbə
“Azyaşlını nəzarətsiz qoyub deyirlər ki, uşaq mənimdir, özüm bilərəm” – AÇIQLAMA

26 dekabr 2023, Çərşənbə axşamı
Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib