İran Amerika ilə danışıqlardan imtina edib

İran ABŞ ilə danışıqlardan imtina edib.
Liderxeber.az xəbər verir ki, hökumətin rəsmi nümayəndəsi Fatemeh Mohacerani "İran ABŞ ilə danışıqlardan imtina edir, çünki Ağ ev diplomatiya dilini anlamır"- deyə bəyan edib.
Bu barədə "Mehr" agentliyi məlumat yayıb.
"Danışıqlar İranın həmişə tətbiq etdiyi strategiyadır... Lakin danışıqların öz şərtləri var. Güc mövqeyindən danışıqlar aparmaq danışıqlar aparmaq deyil. "Maksimum təzyiq"dən danışarkən danışıqlardan danışmaq olmaz", - deyə hökumət sözçüsü Fatemeh Mohacerani əalvə edib.
Xatırladaq ki, ABŞ lideri Donald Tramp İranın nüvə silahına sahib ola bilməyəcəyini bəyan edib. O, Vaşinqtonun İrana təzyiq göstərmək istəmədiyini vurğulayıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

06 noyabr 2024, Çərşənbə
Tarixi seçkilər başa çatdı: ABŞ-nin 47-ci prezidenti Donald Trampın vədləri nələrdir?