Qazaxıstan paytaxtında köhnə vağzalın yaxınlığında partlayış olub, xəsarət alan var

Qazaxıstanın paytaxtı Astanada köhnə vağzalın yaxınlığında partlayış olub, xəsarət alan var.
Liderxeber.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Nəqliyyat Departamentinin rəis müavini Malik Kaybar idarənin sosial şəbəkədəki səhifəsində bildirib.
"Bu gün saat 00:25-də (Bakı vaxtı ilə 01:25) Astana stansiyasına gələn qatarın konteyneri partlayıb. Tələfat yoxdur, bir nəfər qolundan yüngül xəsarət alıb", - Malik Kaybar qeyd edib.
O bəyan edib ki, sərnişinlər və yaxınlıqdakı ərazilərin sakinləri üçün heç bir təhlükə yoxdur. Faktla bağlı cinayət işi açılıb, hadisənin baş vermə şəraitini araşdırmaq üçün xüsusi əməliyyat qrupu yaradılıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

03 fevral 2025, Bazar ertəsi
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6-sı həbs edilib