Çindən "Ford", BMW və "Mercedes"ə zərbə

ABŞ-nin gömrük rüsumlarını artırmasına cavab olaraq, Çin Dövlət Şurası bu ölkədən xammal, kənd təsərrüfatı texnikası və 2,5 litrdən yuxarı mühərrikli avtomobillərin idxalı üzrə tarifləri yenidən nəzərdən keçirib.
Liderxeber.az xəbər verir ki, əvvəllər ABŞ-dən idxal olunan avtomobillərə 15% gömrük rüsumu tətbiq olunurdu, indi isə bu rüsum 25%-ə qədər artırılıb.
Ötən il Şimali Amerikadan Çinə üç milyard dollardan çox dəyəri olan avtomobil ixrac edilib, buna görə də, "ticarət müharibələri"nin təsiri əhəmiyyətli olacaq.
Bildirilir ki, bundan ən çox "Ford", BMW və "Mercedes-Benz" kimi markalar zərər görəcək.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

07 yanvar 2025, Çərşənbə axşamı
Xaricdən maşın gətirmək istəyənlər oxusun! - Bu halda gömrük rüsumu ödənilmir

03 iyul 2024, Çərşənbə
Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub