Pressa.az » Dünya » Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib - YENİLƏNİB

Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib - YENİLƏNİB

24 fevral 2025, Bazar ertəsi, 12:16
Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib - YENİLƏNİB

Avropa İttifaqı Rusiyaya qarşı şəxsi sanksiyaları genişləndirərək siyahıya 48 fiziki şəxs və 35 təşkilatı əlavə edib.

Liderxeber.az xəbər verir ki, Aİ-nin 16-cı sanksiyalar paketinə 13 Rusiya bankının SWIFT-ə girişinə qadağa olunması da daxildir.

Bundan əlavə, yeni məhdudiyyətlər arasında Rusiyadan ilkin alüminiumun idxalına qadağa, eləcə də səkkiz Rusiya media orqanının Avropada yayımına qadağa yer alıb.

11:36

Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib.

Liderxeber.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında məlumat dərc edilib.