Pressa.az » Dünya » Sudanda hərbi təyyarə qəzası, 50-yə yaxın şəxs öldü - Foto

Sudanda hərbi təyyarə qəzası, 50-yə yaxın şəxs öldü - Foto

26 fevral 2025, Çərşənbə, 14:06
Sudanda hərbi təyyarə qəzası, 50-yə yaxın şəxs öldü - Foto

Sudanda hərbi təyyarə qəzaya uğrayıb.

Liderxeber.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, qəza nəticəsində 46 nəfər ölüb.

Təyyarə Omdurman şəhərinin şimalındakı Vadi Seyidna aviabazasından qalxarkən qəzaya düşüb və mülki evin üzərinə düşüb.

Ölənlər arasında ölkənin paytaxtı Xartumda yüksəkrütbəli komandir general-mayor Bəhr Əhmədin də olduğu bildirilir.

İlkin məlumata əsasən, qəzaya texniki nasazlıq səbəb olub.