Rusiya və Ukrayna hərbçilərin meyitlərinin mübadiləsini həyata keçiriblər. Rusiya tərəfinə 41, Ukraynaya isə 909 hərbçinin meyiti qaytarılıb.
Liderxeber.az RBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib.
Onun sözlərinə görə, tərəflər son dəfə martın 28-də meyitləri mübadilə ediblər. O zaman Rusiyaya 43, Ukraynaya isə 909 hərbçinin meyiti qaytarılıb.