Roma Papası Fransisk insult keçirib, bu da komaya və ürək dayanmasına səbəb olub.
Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə 88 yaşlı pontifikin ölümünə dair rəsmi tibbi rəydə qeyd olunub.
Bildirilir ki, bundan əvvəl o, ikitərəfli multimikrob pnevmoniya, çoxsaylı bronxoektaziyalar keçirib, yüksək qan təzyiqi ilə müşayiət olunan kəskin tənəffüs çatışmazlığı epizodu baş verib.
Papa Fransiskin ölümünün səbəbi insult ola bilər.
Liderxeber.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, bu barədə Vatikanda şayiələr yayılıb.
Lakin bu versiya hələ rəsmi təsdiqini tapmayıb. Bir neçə saat ərzində Müqəddəs Taxt-Tacın bəyanatının açıqlanması gözlənilir.
Qeyd olunur ki, bir gün əvvəl möminlərə müraciətlə çıxış edən Papanın vəziyyəti ötən gecə xeyli pisləşib. Aprelin 21-nə keçən gecə pontifikin vəziyyətinin kəskin pisləşməsi Müqəddəs Taxt-Tac üçün gözlənilməz hadisə olub.
O, əvvəllər sətəlcəm xəstəliyindən əziyyət çəkirdi və bu, Fransiskin səhhətinə əhəmiyyətli dərəcədə təsir edib.
Ənənələrə görə, dəfn mərasimi üçün doqquz gün ayrılır, baxmayaraq ki, bu, adətən daha tez baş verir. Papa Fransisk özü onun dəfninin sadələşdirilmiş qaydada, bir sıra ayin və mərasimlər olmadan keçirilməsinə icazə vermişdi.
Aprelin 21-də axşam Bakı vaxtı ilə saat 22:00-da Papa Fransiskin ölümünün konstatasiyası mərasiminə Roma Katolik Kilsəsinin kamerlenqosu, kardinal Kevin Farrell rəhbərlik edəcək.