Böyük Britaniya bu səhər Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Liderxeber.az “Politico”ya istinadən xəbər verir ki, yeni sanksiyalar paketinə Rusiyaya qarşı 150 yeni ticarət sanksiyası daxildir.
Bu paket əsas olaraq Rusiyaya Ukraynada cəbhə xəttində pilotsuz uçuş aparatlarının idarə edilməsində istifadə olunan oyun konsolu kontrollerlərinin ixracını qadağan edir.
Məhdudlaşdırıcı tədbirlərin dərhal qüvvəyə mindiyi bildirilib.